Moskvada bir qrup Türkiyə səfirliyini daşa basıb. Trkiyə səfirliyi qarşısında aksiya dünən axşamdan başlayıb. Etirazlar Türkiyə qırıcılarının Rusiya hərb təyyarəsini vurmasına görədir.
Bugünkü daşlı aksiyada səfirlik binasının şüşələri qırılıb.
Etirazçılar Türkiyə səfirliyinin Rusiyadan çıxarılmasını tələb edir və Trkiyə əleyhinə şüarlar səsləndirirlər.