Türkiyə, Rus təyyarəsinin vurulmasından sonra Suriya sərhədində patrul uçuşlarının sayını artırıb. Türkiyə Silahlı Qüvvələri bu məqsədlə sərhəddə patrul xidməti aparan F-16 təyyarələrinin sayını ilk dəfə 18-ə çatdırıb. Bundan başqa, Türkiyə, bölgəyə tank daşınmasını da sürətləndirib. Bu haqda Türkiyənin Baş Qərərgahının internet saytında məlumat verilir.
Məlumatda, Qaziantepdən gətirilən tankların TIR-lara yüklənərək Qaziantep 5 Zirehli Briqada Komandirliyinə aparıldığı, burada yoxlanışdan sonra isə texnikanın şərq bölgələrinə göndərildiyi bildirilir.
azadliq.info