Ukrayna Rusiya təyyarələrinin hava məkanından tranzit uçuşlarına qadağa qoyub. Bunu ölkənin baş naziri Arseniy Yaçenyuk hökumətin iclasında deyib.
Baş nazirin sözlərinə görə, Rusiya Ukrayna təyyarələrinin öz hava məkanənda uçusu ilə bağlı qərarını dəyişməyib: “Biz gözləyirdik ki, Rusiya qərarını dəyişəcək və Ukrayna təyyarələrinin Rusiya üzərindən uçuşuna icazə verəcək. Lakin Rusiya həmişə kimi Ukrayna tərəfinin qanuni şərtləri ilə razılaşmadı. Buna görə də Ukrayna hökuməti belə bir qərar qəbul etməli oldu”.
Xatırladaq ki, Ukrayna təhlükəsizlik və müdafiə şurasının sədri Aleksandr Turçinov Türkiyənin Rusiya təyyarəsini vurmasını təqdir edib və Ukraynanın da hava məkanı pozulacağı halda analoji addım atmalı olacağını deyib.