Türkiyə qırıcılarının Suriya ilə sərhədi pozan SU-24 Rusiya hərbi təyyarəsini vurmadan öncə necə xəbərdar etdiyini göstərən video yayılıb. FOX TV-nin yaydığı video yazıdan görünür ki, qırıcılar SU-24 pilotlarını Türkiyə sərhədinə yaxınlaşdıqları barədə xəbərdar edir və onlardan təcili olaraq cənuba dönməyi tələb edir.
Türk şahinlər bu xəbərdarlığı bir neçə dəfə təkrarlayırlar. Ancaq bu xəbərdarlıqlara SU-24 pilotlarından cavab gəlmir. Türkiyə sərhədinə 30 mil qalmış edilən xəbərdarlıq 10 dəfə təkrarlanır.
Qeydə alınan xəbərdarlıq mətni belədir (xəbərdarlıq ingiliscə edilib):
“Türk Hava Kuvvetleri konuşuyor. Türk Hava sahasına yaklaşıyorsunuz. Rotanızı acilen güneye değiştirin. (The unknown air traffic position to humaynim 020 Radial 26 Miles. This is Turkish Air Force speaking on guard you are aproaching Turkish Air Space change your heading south immediately)”.
Bu xəbərdarlıqlardan sonra da Türkiyənin hava sərhədini pozan Rusiya hərbi təyyarəsinə F-16-lar həmlə edir.
azadliq.info