Stoltenberq: “Aldığımız məlumatlar Türkiyənin haqlı olduğunu göstərir”
NATO-nun baş katibi Rusiya qırıcısının Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulmasına münasibət bildirib. Baş katib Yens Stoltenberq Türkiyənin haqlı olduğunu vurğulayıb.
Stoltenberq bu hadisə ilə bağlı NATO-nun təcili çağırılan toplantısından sonra jurnalistlərə deyib ki, aldıqları məlumatlar hava sərhədinin pozulduğu haqda Türkiyənin açıqlamalarının əsaslı olduğunu göstərir.
Baş katib Rusiyanın Suriyada həyata keçirdiyi hücumların çoxunda hədəfin İŞİD olmayan ərazilər olduğunu da təkrarlayıb.
Stoltenberq Ankara ilə Moskvanı təcili əlaqə saxlamağa, sakitliyə və gərginliyin artmasına yol verməməyə çağırıb.
Baş katib bildirib ki, NATO ölkələri Türkiyə ilə həmrəydir və öz müttəfiqlərinin ərazi bütövlüyünü dəstəkləyirik.
azadliq.info