Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər Suriya ilə sərhəddə Rusiya döyüş təyyarəsini vurmalarına münasibət bildirib. Qatıldığı bir toplantıda mövzuya toxunan Ərdoğan deyib ki, Türkiyənin hava sərhədləri kobud şəkildə pozulub, cavabı da adkevat və qaydalar çərçivəsində olub:
“Bu gün səhər saatlarında hava məkanımıza kobud müdaxilə olub. Bütün xəbərdarlıqlara baxmayaraq, iki döyüş təyyarəsi hərəkətlərinə davam edib. Bundan sonra hava sərhəddimizi pozan iki təyyarədən biri vurulub. Bunun qarşısını almaq üçün əlimizdən gələn səyi göstərdik. Türkiyənin öz sərhədlərini müdafiə haqqına hər kəs hörmətlə yanaşmalıdır”.
Ərdoğan son günlər türkmənlərə qarşı baş verənlərə də münasibət bildirib:
“Türkmənlərə qarşı hücumları şiddətlə qınayırıq. Bayırbucaq türkmənlərinin olduğu bölgə, İŞİD-in olduğu bölgə deyil. Burada İŞİD yox, türkmənlər vurulur. Bu hücumlar, Əsədi qorumaq cəhdidir”.
azadliq.info