Türkiyə qırıcılarının Suriya ilə sərhəddə vurduğu Rusiyanın SU-24 bombardımançı təyyarəsinin pilotları sağdır və Əsəd rejiminə müxalif qrupların əlindədir. Bu barədə Türkiyə KİV bu ölkənin təhlükəsizlik qüvvələrinə istinadla məlumat yayıb. Məlumatda deyilir ki, MİT (Türkiyənin təhlükəsizlik nazirliyi) pilotların geri alınması üçün dövrəyə girib.
Pilotlardan birinin öldüyünə dair az öncə foto ilə birgə yayılmış məlumata gəlincə, təxmin edilir ki, bu təyyarədən sonra vurulan Rusiya vertolyotunun pilotudur.
Bu arada SU-24 pilotlarının paraşutla yerə endikləri anları əks etdirən video da yayılıb. Videodan görünür ki, pilotlar yerdən atəşə tutulur. Eyni zamanda atəşin kəsiolməsi üçün əmrlər eşidilir. Kim(lər)sə “Atmayın, əsir gəlir, əsir alaq” kimi sözlər qışqıraraq atəşin dayandırılmasını tələb edir.