Nərimanov rayon Polis İdarəsində AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbarhimin işi üzrə istintaq yekinlaşıb. Bu barədə “Azadlıq”a məlumatı onun vəkili Yalçın İmanov verib. Vəkilin sözlərinə görə, CM-nin 221.2.2 maddəsi ilə təqsirləndirilən M.İbrahimin işi məhkəmə göndərilir. Hazırda cinayət işi üzrə materiallarla tanış olmaq üçün vəkil və təqsirləndirilən şəxsə vaxt verilib.