Rusiya Müdafiə Nazirliyi bildirir ki, Suriyada cəbhə xəttində 3 rusiyalı jurnalist xəsarət alıb. Nazirliyin məlumatına görə, jurnalistlər hökumətin nəzarətində olan Latakiya vilayətində Al-Daqmaşliya kəndinə gedərkən olduqları maşının yaxınlığına raket düşüb.
Jurnalistlər yüngülcə yaralanıb və yaxınlıqdakı Rusiya bazasının xəstəxanasına aparılıb.
Rusiya sentyabrın 30-dan prezident Bashar al-Assad-a dəstək məqsədilə Suriyaya hava zərbələri endirir.
Rusiya hökumət qüvvələri ilə dövlət mediasının jurnalistləri də hərəkət edir.
2011-ci ildən Suriya münaqişəsində 250 mindən çox insan həlak olub.