AXCP sədri Əli Kərimli noyabın 22-i axşam Türkiyənin “Ülke TV” kanalında analitik “Gözcü” proqramının qonağı olub. Proqramın studiyadakı qonaqları Türkiyənin keçmiş nazirləri Əhət Əndican və Xəlil Şıvqın olub. AXCP sədrinin telefonla qatıldığı proqramda Türkiyənin xaricdə yaşayan türklərlə bağlı mövcud siyasəti müzakirə olunub.
Əli Kərimli bu kontekstdə Türkiyə hökumətini Azərbaycanda hökm sürən avtoritar idarəçiliyə, hüquq və azadlıqların pozulmasına biganə münasibətdə qınayıb. AXCP sədri müasir dünyada insan haqlarının artıq heç bir ölkənin daxili işi olmadığını bildirib, Türkiyə hökumətini Azərbaycan və Orta Asiya respublikalarında insan haqlarını müdafiə etməyə çağırıb.
O, Türkiyənin eyni zamanda dövləti olmayan türk xalqlarının problemlərini də daha yüksək səviyyədə diqqətdə saxlamalı olduğunu deyib.
Əli Kərimli həmçinin hazırda Suriyada türkmənlərə qarşı qətliamı da diqqətə çatdırıb və Türkiyənin bu məsələdə daha qətiyyətli addımlar atmağa səsləyib.