UEFA gələn ilin yazında keçirilməsi nəzərdə tutulan Avropa çempionatı haqda tərəddüdlərə son qoyub. Qurum gələn ilin yazında keçiriləcək qitə çempionatının Parisdə baş verən terror hücumlarına baxmayaraq, planlaşdırıldığı kimi Fransada keçiriləcəyini açıqlayıb.
Xatırladaq ki, bəzi iştirakçı ölkələr Parisdə baş verən terrordan sonra çempionatın başqa, daha təhlükəsiz ölkələrdə keçirilməsi haqda UEFA-ya müracitə etmişdi.
azadliq.info